Tərkibi:
75 q."Best Cow" kərə yağı
50 q. yerfındığı yağı
80 q. şəkər tozu
1 ədəd yumurta
1 ədəd vanil
125 q. ələnmiş un
100 q. yerfındığı
Hazırlanması:
Sonra un, şəkər tozu yumurtanın sarısı, yumşaq yağ və yerfındığı yaği ilə qarışdırırıq.
Və yumşaq xəmir hazırlayırıq.
Hazır xəmiri soyuducuda yarım saat saxladıqdan sonra, xəmiri kündələrə ayırıb təxminən 0.5 -1 sm qalınlığında yayırıq və fiqurlarla xəmirimizə gül forması verməyə başlayırıq.
Kəsilmiş xəmirləri soba listinə sərilmiş yağlı kağız üzərinə düzürük.
İndi isə, hər bir ləçəyin üzərinə təmizlənmiş ləpələr düzülür.
Sonra da üzərinə yumurtanın ağını yaxşıca çalıb fırça ilə çəkirik.
Və 175 dərəcədə 10-15 dəqiqə ərzində sobada bişriririk.
Peçenyelərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)