Tərkibi:
1 ədəd yumurta
300 q un
100 q badam unu(istəyə görə)
100 q "Möcüzə" paket yağı
110 q şəkər pudrası
1 ç/q kakao
2 q vanilin
Hazırlanması:
Əvvəlçə şəkər pudrasını yumşalmış kərə yağı ilə qarışdırırıq.
Qarışım üzərinə bir ədəd yumurta vururuq.
Tam həll olanadək qarışdırırıq.
Üzərinə un və vanilin əlavə edib xəmir yoğururuq. İki hissəyə bölüb, bir hissəsinə kakao əlavə edirik.
Quyun formasını hazırlamaq üçün ağ xəmirdən 17 ədəd kiçik dairələr düzəldirik. Bu dairələr onun yun hissəsini təşkil edəcək.
Kakaolu xəmirdən isə 4 ədəd dairə düzəldirik. ikisi ayaqlar, biri baş, biri qulaq olacaq. Göz üçün deşik, qulaq və ayaq üçün kəsik qoymaq yetərlidir.
180 dərəcədə isidilmiş sobada 15 dəqiqə ərzində bişiririk.
Budur, "Qoyun" peçenyelərimiz hazırdır. Şəkər pudrası səpib süfrəyə verə bilərsiniz.
Nuş olsun!
(tərcümə edilib)