Qadin.NET / Kibrit qurabiyələr (foto resept)

Kibrit qurabiyələr (foto resept)

Tərkibi:

200 qr "Möcüzə" paket yağı

Yarım çay bardağı duru yağ,

1 su bardağı pudra şəkəri,

1 yumurta,

1 x.q kakoo,

1 qabartma tozu,

1 vanil,

Aldığı qədər un.

Hazırlanması:

Ev şəraitində yumuşaldılmış yağı dərin bir qaba qoyub üzərinə pudra şəkərini əlavə edirik və yoğurmağa başlayırıq. Kakoodan başqa bütün tərkibini əlavə edib bir yenə yoğururuq. Xəmırdən yumurta böyüklüyündə götürürük və üzərinə kakaonu əlavə edib ona yedirdirik.

Ağ xəmirdən barmaq qalınlığında şəkildə göstərildiyi kimi açırıq, sonra onu tən ortadan bölürük.

Uc qisimlərinə kakaolu xəmirdən bir az kəsib onu uc qisimlərə yerləşdiririk.

Və 150-200 dərəcədə qızarmamaq şərti ilə bişiririk.

Budur, Kibrit qurabiyələrimiz hazırdır.

Nuş olsun!

19 mart 2015
GO BACK