Tərkibi:
50 q kəsmik (yağlı)
1 ədəd yumurta
1 paket vanilin
5 x.q şəkər tozu
1 ç.q darçın
75 q "Möcüzə" paket yağı
2 x.q manna yarması
Yarım ç.q soda
2 st ələnmiş un
Yarım x.q kakao
2 ç.q bal
50 q qara şokolad
1 paket kətan toxumu ya da küncüt
Hazırlanması:
Əvvəlcə şəkər tozunun üzərinə kəsmik, vanil və yumurta əlavə edib blenderdə yaxşı qarışdırırıq.
Daha sonra əridilmiş yağı və darçını əlavə edib qarışdırırıq.
Sonra manna yarmasını əlavə edib qarışdırırıq.
Sonra un və soda bir yerdə qarışdırılır və qarışığa əlavə edib qarışdırırıq.
Sonra xəmir yoğururuq. Xəmiri də iki hissəyə bölürük.
Kündənin birini götürüb üzərinə kakao əlavə edib yenidən yoğururuq.
Sonra hazır kündələri ağ və kakaolu kündəni, bir birinin üstünə qoyub yenidən yoğurursunuz.
Yağlanmış kağızın üzərinə xəmirdən qoz boyda kürəciklər hazırlayırıq. İndi də göbələyin ayaqlarını hazırlayaq. Barmaq uzunluğunda xəmirlər edin. Həmin o xəmirin də bir başını bala batırın. Sonra da kətan toxumuna batırın. Axırda listə düzün və
200 dərəcədə 25 dəqiqə hazır olana qədər sobada bişirin. Bişirdiyiniz peçenyeləri soyudun. Soyuyandan sonra bişmiş kürəciklərin altını bir balaca ovun ki, ayaqlarını yerləşdirmək olsun. Bu ərəfədə su hamamında şokoladı əridin. İndi göbələyin ayağının bir tərəfini həmin əridilmiş şokolada batırın və bir az da ovulmuş yerə çay qaşığı ilə əridilmiş şokolad tökün və tez birləşdirin ki, şokolad donmamış birləşsin. Sonra da papaqlarını şokolada batırıb bir qaba düzün. Son görünüşü belə olmalıdır.
Hamısını belə edib boşqaba yığırıq.
Budur, peçenyelərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)