Tərkibi:
150 q badam
120 q şəkər tozu
1 ədəd portağalın qabığı
1 ədəd limonun qabğı
1 ədəd yumurta
1 paket vanilin
Bir az şəkər tozu və bir az da şəkər kirşanı
Hazırlanması:
Əvvəlcə badamın qabığını təmizləyin. Sonra ləpəsini blenderdə xırdalayın. Hazır çəkilmiş ləpənin üzərinə şəkər tozu, yumurta, vanilin, portağal və limonun qabığını əlavə edib qarışdırın. Hazır qarışımı sellofana büküb soyuducunun buzluğuna qoyun. Xəmir 2 saat buzluqda qalmalıdır.
Soyuq xəmirdən qoz boyda kürəciklər hazırlayın.
Kürəcikləri əvvəlcə şəkər tozuna, sonra isə şəkər kirşanına batırın.
Yağlı kağızın üzərinə hazır etdiyiniz kürəcikləri yerləşdirin. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.
Peçenyeləri çox da bişirməyin ki, qurumasin. Yanları sarı rəngdə, üzəri isə yumşaq olmalıdır.
Peçenyelər soyuyandan sonra qaba yığın.
Bu da peçenyenin iç görünüşü.
Budur, badamlı, portağallı peçenyelərimiz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)