Tərkibi:
250 q "Möcüzə" paket yağı (yumşalmış)
1/2 st. şəkər tozu
2 x.q. bal
2 ədəd yumurtanın sarısı
2 st. ələnmiş un
1 st. yarım qoz ləpəsi çəkilmiş
Istənilən cem
1 paket vanilin
Hazırlanması:
Yumşaq yağı, şəkər toznu, balı və vanilini çalırıq. Sonra yumurta sarısını əlavə edin və yavaş-yavaş unu əlavə edib xəmir yoğururuq.
Hazır yoğrulmuş xəmirdən balaca kündələr edirik.
Sonra qozu çəkirik.
İndi yumurtanın ağını çəngəl ilə çalırıq.
Sonra həmin kündələri bir-bir götürüb yumurtanın ağına batırırıq, sonra da qoza batırırıq və yağlı kağızın üzərinə hazır etdiyimiz kürəcikləri yerləşdiririk. Elə kağızın üzərinə qoyulan vaxt baş barmağınızla ortasını çökəldin (cem üçün).
170 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə ərzində bişiririk. Sobada bişməyə qoyulan vaxtdan 5 dəqiqə sonra bir daha ortasını barmağınızla çökəldin.
Peçenyelərimizi bir az soyuduruq.
Sonra ortasına çay qaşığı ilə cemi yerləşdiririk. Əgər istəsəniz, cemi ortasına qoyandan sonra 5 dəqiqə isti soboya yenidən qoya bilərsiniz ki, cem peçenyelərə bir az yayılsın və yapışsın.
Budur, cemli peçenyemiz hazırdır!