Tərkibi:
2 st. ələnmiş un (ya da 300 q)
60 q "Möcüzə" paket yağı (yumşaldılmış)
100 q qaymaq (30%-lik)
125 q şəkər kirşanı
1/2 ç.q. soda
1 paket vanilin
Hazırlanması:
Bütün ərzaqlarla xəmir yoğururuq. Xəmir nə çox yumşaq, nə də çox bərk olmalıdır.
Xəmiri 1 sm qalınlığında yayırıq və fiqurlarla xəmirimizə forma verməyə başlayırıq. Sonra isə çəngəllə naxış vururuq.
Əvvəlcədən qızdırılmış sobanın qabını azca yağlayıb peçenyelərimizi sobanın qabına yerləşdiririk və 160-180 dərəcəli sobada 20-25 dəqiqə bişiririk.
Bizim dadlı peçenyelərimiz hazırdır.
[thumb]http://qadin.net/uploads/posts/2014-10/1412867820_rp210319_large.jpg[/thumb]
Nuş olsun!
(Tərcümə edilib)