Tərkibi:
120 q badam
120 q fındıq və ya qoz
2 ədəd yumurta
1 paket vanilin
200 q şəkər tozu
200 q "Möcüzə" paket yağı (yumşalmış)
1x.q. "Möcüzə" paket yağı (krem üçün)
100 q qara şokolad
3 x.q. qaymaq (22%)
1 st. ələnmiş un
Hazırlanması:
Fındıqları qovururuq, qabıqdan təmizləyirik və blenderdə xırdalayırıq.
Yumşaq yağı, şəkər tozu və vanili çəngəl ilə çalırıq.
Sonra da çəkilmiş qozu əlavə edib qarışdırıq və yavaş-yavaş unu əlavə edib xəmir yoğururuq.
Hazır yoğrulmuş xəmiri sellofanla örtüb 30 dəqiqə ərzində soyuducuda saxlayırıq. Sonra əlimizi suda isladıb xəmirdən qoz boyda kürəciklər hazırlayırıq. Yağlı kağızın üzərinə hazır etdiyimiz kürəcikləri yerləşdiririk.
180 dərəcədə isidilmiş sobada 12-15 dəqiqə ərzində bişiririk. Bu zaman biz şokoladı, qaymağı və yumşaq yağı su hamamında əridirik.
Peçenyelərimiz soyuyandan sonra arasına çay qaşığı ilə şokoladlı kremdən qoyub digər peçenyeni də üzərinə yerləşdiririk.
Və üzərinə də şəkər kirşani səpirik.
Budur, qozlu, şokoladlı peçenyemiz hazırdır.