Tərkibi:
2 st. yarım ələnmiş un
1 və 1/3 st. qarğıdalı nişastası
200 q. "Möcüzə" paket yağı (yumşalmış)
3 ədəd yumurtanın sarısı
3 x.q. konyak
3/4 st. şəkər tozu
1 ç.q. yarım qabartma tozu
2 paket Vanilin
180 q. qatılaşdırılmış süd
şəkər kirşanı
rəngli şirin dənəciklər
Hazırlanması:
Yumşaq yağı, şəkər tozu və vanili mikserlə çalırıq.
Yumurtanın sarısını da əlavə edirik, sonra da konyakı, əlavə edirik, yenə mikserlə çalırıq.
Sonra da nişastanı əlavə edib qarışdırırıq. Və sonra unu və qabartma tozunu birlikdə qarışdırıb,
çaldığımız kütləyə əlavə edirik.
Və xəmir yoğururuq.
Xəmirin üstünü sellofanla örtün ki, qurumasın, bərkiməsin.
Sonra xəmiri 0.5 sm. qalınlığında yayırıq və stəkanla kəsirik.
Yağlanmış kağızın üzərinə kəsdiyimiz dairələri yerləşdiririk.
180 dərəcədə isidilmiş sobada 15 - 20 dəqiqə ərzində (üzəri biraz saralanadək) bişiririk.
Qatlaşdırılmış südü soyumuş peçenyənin üzərinə çəkirik.
İndi isə kənar hissələrini kremləyirik və kremlənmiş hissəsinə rəngli dənəciklərlə, yada kokosla, çəkilmiş qozla, ya da badamla, küncütlə bəzək verin.
Üzərinə də şəkər kirşanı səpirik.
Budur, Alfaxores peçenyası hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)