Qadin.NET / "Ayı" peçenyesi (foto resept)

"Ayı" peçenyesi (foto resept)

Tərkibi:

1 ədəd yumurta

180 q "Best Cow" kərə yağı (yumşalmış)

150 q  qəhvəyi rəngli şəkər tozu

1  ç/q qabartma tozu

1  paket Vanilin

2 x.q.  kakao

2  st.  ələnmiş un

Hazırlanması:

Yağ, şəkər tozu və vanili mikserlə çalırıq. 

Sonra 1 ədəd  yumurta əlavə edib, yenə mikserlə çalırıq. 

"Ayı" peçenyesi (foto resept)

Sonra 1,5 st unu və qabartma tozunu birlikdə qarışdırıb, çaldığımız kütləyə əlavə edirik.

Və xəmir yoğururuq. 

"Ayı" peçenyesi (foto resept)

Xəmiri iki hissəyə bölürük. Kündənin biri bir az balaca olsun.

"Ayı" peçenyesi (foto resept)

İri kündəni götürüb üzərinə kakao və 1/4 st. un  əlavə edib yoğururuq.

O biri qarışıma da  1/4 st. un əlavə edib yoğururuq.

"Ayı" peçenyesi (foto resept)

Sonra hazır kündələri, hər birini ayrı- ayrı sallofana büküb 30 dəqiqə ərzində soyuducuda saxlayırıq.

"Ayı" peçenyesi (foto resept)

Sonra kakaolu xəmiri 0.5 sm. qalınığında yayırıq və  stəkanla kəsirik.

"Ayı" peçenyesi (foto resept)

Yağlanmış  kağızın üzərinə kəsdiyimiz dairələri yerləşdiririk.

Sonra hər iki xəmirdən qoz boyda kürəciklər hazırlayırıq.  

"Ayı" peçenyesi (foto resept)

Xəmirdən ayının qulaqlarını hazırlayırıq. Gözünü, ağzını və burnunu düzəldib qoyuruq.

"Ayı" peçenyesi (foto resept)

170 - 180 dərəcədə isidilmiş sobada  15 - 20 dəqiqə ərzində (üzəri biraz saralandək) bişiririk.

"Ayı" peçenyesi (foto resept)

Budur peçenyelərimiz hazırdır.

"Ayı" peçenyesi (foto resept)
Nuş olsun!
  (Tərcümə edilib)
27 fevral 2016
GO BACK