Tərkibi:
Xəmir üçün:
3 x. q. kakao
1 x. q. qarğıdalı nişastası
250 q. "Möcüzə" paket yağı
2 st. yarım ələnmiş un
1 st. şəkər kirşanı
1 ədəd yumurtanın sarısı
1 paket vanilin
İç üçün:
30 q. kakos
3 x. q. şəkər kirşanı
1 ədəd yumurtanın ağı
1 çimdik duz
Hazırlanması:
Əvvəlcə yumşaq yağı bir qaba yerləşdirin, sonra üzərinə 1 yumurtanın sarısını və şəkər kirşanı əlavə edib və yaxşıca çalın.
Bu ərəfədə 2 st un və kakao, nişastanı və duzu və vanili, hamısını bir qabda qarışdırırıq
və çalınmış kütlüyə əlavə edirik.
Unutmayın, bu ərəfədə mikserdən istifadə etməyəcəyik.
Əgər 2 st. un qatıltmadısa, onda az az geridə qalan yarım st. unu əlavə edin. Çalışın xəmir çox bərk olmasın.
İndi isə hazır xəmiri 5-10 dəqiqə soyuducuda saxlayın.
Bu ərəfədə içliyi hazırlayırıq.
Şəkər kirşanı, kokos və 1 ədəd yumurtanın ağı. Hamısı bir yerdə qarışdırılır və içlik hazırdır.
Əlinizi duru yağla yağlayın ki, yapışmasın.
Hazır xəmirdən qoz boyda kürəciklər hazırlayırıq.
Hazır kürəciklərdən də kiçik dairələr yayın, əlinizin içi ilə. Ortasına da içliyi qoyub bağlayırıq.
Hazırlanmış xəmiri yağlı kağızın üzərinə düzülür 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirilir.
Və budur "Bounty" peçenyelərimiz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)