Qadin.NET / Kəsmikli, limonlu peçenye (foto resept)

Kəsmikli, limonlu peçenye (foto resept)

Tərkibi: 

100 q kəsmik

Yarım limon

100 q "Möcüzə" paket yağı (yumşaldılmış)

80 q şəkər kirşanı

1 ç.q qabartma tozu

1/4 ç.q soda

1 st. ələnmiş un

30 q qəhvəyi şəkər tozu

1 paket vanilin

Hazırlanması:

Əvvəlcə limonun qabığını sürtkəcin xırda gözündən keçirin. Sonra isə limonun şirəsini sıxın. Yağ, kəsmik, vanilin, limon qabığı, 2 ç.q limon şirəsi və şəkər kirşanını mikserlə köpüklənənədək çalırıq.  İndi isə unu, sodanı və qabartma tozunu qarışdırıb əlavə edirik. Mikserlə yaxşıca çalırıq. Alınmış xəmirdən qoz boyda kürəciklər hazırlayırıq.

Kəsmikli, limonlu peçenye (foto resept)

Soba listinə falqa kağızı sərib kündələri üzərindən düzün. Hər kündəyə limon şirəsi çəkin.

Kəsmikli, limonlu peçenye (foto resept)

Sonra bir balaca qaba qəhvəyi şəkər tozunu qoyun. Şirəni canına çəkmiş kürəçiklərin üz tərəfini şəkər tozuna batırın və yağlanmış listə bir-birindən aralı şəkildə düzün.

Kəsmikli, limonlu peçenye (foto resept)

Sonra çəngəllə xəmirin üzərinə naxış vurun.

Kəsmikli, limonlu peçenye (foto resept)

180 dərəcədə qızdırılmış sobada 15 dəqiqə bişirilir. Peçenyelər qızarmalıdır.  

Kəsmikli, limonlu peçenye (foto resept)

Budur, kəsmikli, limonlu peçenyemiz hazırdır.

Kəsmikli, limonlu peçenye (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

28 sentyabr 2014
GO BACK