Tərkibi:
500 q un
100 q "Möcüzə" paket yağı
2 ədəd yumurta
1 ç.q. qabartma tozu
150 q badam (çəkilmiş)
1 ç.q. yarım limon qabığı
2 ədəd vanilin
350 q şəkər tozu
250 ml süd
1 çimdik duz
Sarı qida boyası
Hazırlanması:
Yağ, şəkər tozu və yumurtanın sarısını əlimizlə qarışdırırıq. Sonra 1 ç.q. limon qabığı, qabartma tozu, vanilin, duz, 150 ml süd və ələnmiş unu əlavə edirik və xəmiri yoğururuq.
Hazır yoğrulmuş xəmiri 1 saat soyuducuda saxlayırıq.
İndi isə içliyi hazırlayırıq: 2 ədəd yumurtanın ağı, 130 q şəkər tozu, 150 q çəkilmiş badam, 1 paket vanilin və 1/2 ç.q. limon qabığını qarışdırırıq və içlik hazırdır.
Xəmiri 3-4 hissəyə bölürük ki, yaymaq asan olsun və hər bir kündəni yayıb dairələr kəsirik, ortasına da hazir içlikdən qoyuruq.
Xəmirə peraşki kimi forma veririk.
Hazır bükülmüş peçenyelər listə yığılır. 180 dərəcədə 20 dəqiqə hazır olana qədər sobada bişirilir.
Peçenyelər bişənə qədər bir qaba süd və sarı qida boyası tökün. Boyasız da etmək olar. Başqa bir qaba şəkər tozu tökün.
Hazır peçenyeləri soyuduruq və əvvəlcə südə sonra isə şəkər tozuna batırırıq.
Hamısını belə edib boşqaba yığırıq.
Peçenyelərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)