Tərkibi:
175 q "Möcüzə" paket yağı (yumşaq)
150 q şəkər kirşanı
8 ədəd yumurta sarısı
220 q ələnmiş un
1 x/q rəndələnmiş limon qabığı
Hazırlanması:
Əvvəlcə 8 ədəd yumurtanın ağını sarısından ayırın. Yağı şəkər kirşanı ilə qarışdırın və mikserlə çalın.
Yaxşıca çalırıq və çala-çala üzərinə yumurtanın sarısını bir-bir əlavə edirik və limon qabığını əlavə edin. Sonra isə mikseri söndürürük.
Qarışımın üzərinə az-az un əlavə edirik və xəmiri qaşıqla aşağıdan-yuxarı doğru ehtiyatla qarışdırırıq.
Hazırlanmış xəmiri yağlı kağızın üzərinə şpris və ya krem sellofanı vasitəsi ilə tökün. Şəkildə gördüyünüz kimi hər birinin arası 4 sm olmalıdır.
200 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə ərzində bişirin. Sonra isə sobanı söndürün, amma sobanın qapısını açmayın, 10 dəqiqə gözləyin. Budur, limonlu peçenyelərimiz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)