Qadin.NET / Nişan peçenyesi(foto resept)

Nişan peçenyesi(foto resept)

Tərkibi:

250 q "Möcüzə" paket yağı

1 st şəkər pudrası

2 yumurta

1 ç.q qabartma tozu

Vanilin

Hil

Apardığı qədər un

İstənilən rəng

Üzəri üçün:

Şəkər dənəcikləri

Hazırlanması:

Yağ, şəkər pudrası və yumurtanı əlimizlə qarışdırırıq.

Nişan peçenyesi(foto resept)

Sonra 2 stəkan un, qabartma tozu, hil və vanilini əlavə edirik və xəmiri yoğururuq. Yumşaq xəmir olur və 3-4 hissəyə ayırırıq. Ayırdıqdan sonra hər xəmirə ayrılıqda rəng əlavə edirik. Biraz su və un qatıb yenidən yumşaq ələ yapışmayan xəmir yoğururuq.

Nişan peçenyesi(foto resept)

Xəmiri yayıb fiqurlarla kəsirik.

Nişan peçenyesi(foto resept)

Üzəri üçün də istənilən balaca fiqurlarla gül, yarpaq, qar dənəcikləri kəsirik.

Nişan peçenyesi(foto resept)

Onları böyük fiqurun üzərinə qoyuruq və üzərinə şəkər dənəciklərindən səpirik. Çoxusunun isə qırağını deşirik.

Nişan peçenyesi(foto resept)
Nişan peçenyesi(foto resept)

150 dərəcədə bişiririk.

Nişan peçenyesi(foto resept)

Peçenyedə açdığımız deşiklərə lent keçiririk.

Nişan peçenyesi(foto resept)
Nişan peçenyemiz hazırdır.
Nişan peçenyesi(foto resept)

Nuş olsun!

9 avqust 2014
GO BACK