Qadin.NET / Kişmişli-qozlu peçenye (foto resept)

Kişmişli-qozlu peçenye (foto resept)

Tərkibi:

150 q "Möcüzə" paket yağı (yumşalmış)

1 st şəkər tozu

1 ədəd yumurta

1 x.q bəkməz

Bir az duz

250 q un

Yarım ç.q qabartma tozu

Yarım ç.q soda

1 ç.q vanil

1 st damla şokolad

1 ovuc kişmiş

1 ovuc iri doğranmış qoz

Hazırlanması:

Əvvəlcə kərə yağı, bəkməz, duz və şəkər tozunu mikserlə krem halına gələnə kimi çalırıq.

Kişmişli-qozlu peçenye (foto resept)

Sonra un, qabartma tozu, vanil və sodanı əlavə edib mikserlə yenidən çalırıq.

Kişmişli-qozlu peçenye (foto resept)

Ən axırda damla şokoladı, qozu və kişmişi əlavə edib qarışdırırıq.

Kişmişli-qozlu peçenye (foto resept)

Kişmişli-qozlu peçenye (foto resept)

1 saat soyducuda qaldıqdan sonra listin içinə kalka kağızı qoyuruq. Alınmış qarışıqdan ya qaşıqla, ya da əlimizlə yumru formalar hazırlayıb listə yığırıq.

Kişmişli-qozlu peçenye (foto resept)

180-200 dərəcəlik sobada 15-17 dəqiqə bişiririk.

Kişmişli-qozlu peçenye (foto resept)

Kişmişli , qozlu və damla şokoladlı peçenyemiz hazırdır.

Kişmişli-qozlu peçenye (foto resept)

Nuş olsun!
20 iyul 2014
GO BACK