Tərkibi:
1 ədəd yumurta
150 q "Möcüzə" paket yağı (yumşalmış)
1 st. şəkər kirşanı
Yarım st nişatsa
2 ç.q qəhvə (1 x.q isti suda əritmək)
1 x.q kakao
2 st un
1 ç.q qabartma tozu
Vanil
Hazırlanması:
Əvvəl yumurta, kərə yağı, şəkər kirşanı, nişasta, kakao və qəhvəni qatıb qarışdırırıq.
Sonra un, qabartma tozu və vanili əlavə edib xəmiri yoğruruq.
Xəmiri əlimizdə oval formasına salırıq və arasından çöplə xətt qoyuruq
Və kalka kağızının üzərinə düzürük.
180 dərəcəlik sobada bişririk.
Peçenyemiz hazırdır.
Nuş olsun!