Qadin.NET / "Trüffle" peçenyesi (foto resept)

"Trüffle" peçenyesi (foto resept)

"Trüffle" peçenyesi (foto resept)
Tərkibi:
320 q un
200 q "Möcüzə" paket yağı (yumşalmış)
150 q şəkər tozu 
1 ç.q soda və ya qabartma tozu
2 ədəd yumurta sarısı
Üzəri üçün:
100 q şəkər kirşanı
1 x.q kakao   
Hazırlanması: 
Un və qabartma tozu bir yerdə ələkdən keçirib yağ ilə birlikdə qarışdırılır.
Ayrı bir qabda yumurta sarısını şəkər tozu ilə yaxşı qarışdırın (ağarana qədər). 
"Trüffle" peçenyesi (foto resept)
Unla yumurtanı bir yerdə qarışdırın. Xəmir bərk olmamalıdır. Eləcə də çalışmaq lazımdır ki, çox yumşaq olmasın.
"Trüffle" peçenyesi (foto resept)
Alınmış xəmirdən qoz boyda kürəciklər hazırlayırıq. Şəkildə gordüyünüz kimi və əvvəlcə isidilmiş sobada 180 dərəcədə 15-18 dəqiqə bişiririk. Peçenye bişənə qədər üzəri üçün  qarışım hazırlayaq.
100 q şəkər kirşanı və 1 x.q kakaonu yaxşıca qarışdırın və sobadan çıxan kimi peçenyeləri tez isti-isti kakao qarışığına batırın. 
"Trüffle" peçenyesi (foto resept)
Budur,  peçenyelərimiz hazırdır.
"Trüffle" peçenyesi (foto resept)
Nuş olsun!
(Tərcümə edilib)
18 iyun 2014
GO BACK