Qadin.NET / Xamalı peçenye (foto resept)

Xamalı peçenye (foto resept)

Xamalı peçenye (foto resept)

Tərkibi:

300 q xama

200 q kərə yağı

400 q un (əlavə də oluna bilər)

1 ədəd yumurta

100 q şəkər tozu

1 ç/q vanil

1 qutu qabartma tozu

Hazırlanması:

Ev şəraitində yumuşaldılmış kərə yağı və xama yaxşı-yaxşı qarışdırılır. Sonra qarışımın içərisinə unu, qabartma tozunu və vanili əlavə edib bərk olmayan xəmir hazırlayırıq.
Xamalı peçenye (foto resept)

Xəmiri sellofana büküb soyuducuda 1 saat saxlayırıq.

Soyuducudan götürdüyümüz xəmiri 5-7 mm qalınlığında yayırıq və istədiyimiz şəkili verərək kəsirik.
Xamalı peçenye (foto resept)

Kəsdiyimiz xəmirlərimizi  soba listə yerləşdiririk. Üzərinə yumurta çəkib, şəkər tozu səpirik.
Xamalı peçenye (foto resept)

200 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk.

Xamalı peçenye (foto resept)

Peçenyelərimiz hazırdır.

Nuş olsun!

(tərcümə olunub)

13 iyun 2014
GO BACK