Tərkibi:
200 q kəsmik
100 q "Wellington" kərə yağı
100 q şəkər tozu
1 ədəd yumurta
1 çay qaşığı soda
1 çimdik duz
2 ədəd alma
1 çay qaşığı darçın
Şəkər kirşanı (zövqə görə)
Hazırlanması:
Kəsmik qarışdırılır. Əridilmiş kərə yağı, yumurta, şəkər, soda, bir az duz əlavə olunur.
Qarışığa un əlavə edilib xəmir hazırlanır.
Şəkildəki kimi xəmirin üzərinə sellofan keçirilir və 40 dəqiqə soyuducuda saxlanılır.
Almaların qaralmaması üçün bir qaba soyuq su əlavə edin və limonu kəsib suya qoyun.
Almalar şəkildəki kimi doğranır və limonlu suya əlavə olunur.
Xəmiri soyuducudan çıxarıb şəkildəki kimi qablara yığırıq.
Almaları sudan çıxarıb incə şəkildə doğrayırıq və şəkildəkil kimi xəmirin üzərinə yerləşdiririk.
Almaların üzərinə darçın səpilir və qıraqları sap ilə bağlanır.
Sonra isə 180 dərəcədə 20-25 dəqiqə bişirilir. Hazır olandan sonra üzərinə şəkər kirşanı əlavə olunur.
Almalı-kəsmikli gül peçenyəmiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)