Qadin.NET / Kivi peçenyesi (foto resept)

Kivi peçenyesi (foto resept)

Tərkibi:

 

"Wellington" kərə yağı - 180 qram

Şəkər kirşanı - 120 qram

Yumurta - 1 ədəd

Un - 350 qram

Kakao tozu - 2 çay qaşığı

Xaşxaş  - 1 şay qaşığı

Qida boyası yaşıl rəng - 2-3 damcı

Limon qabığı - 1 çay qaşığı

Hazırlanması:

Otaq hərarəntində yumşaldılmış kərə yağıyla şəkər kirşanını qarışdırırıq.

 
Yumurtanı da əlavə edib mikserlə yaxşı çalırıq.
 
Un və blenderdən keçirilmiş limon qabığını əlavə edib xəmir yoğururuq. Xəmir yumşaq və elastik olur. Həmçinin ələ yapışmamalıdır.
 
Xəmiri 3 hissəyə bölürük. 1-ci hissəni ən böyük, 2-ci hissəni bir az ondan kiçik, 3-cü hissəni isə ən balaca götürürük.
 
Ən böyük xəmirə yaşıl qida boyası qatıb, bir rəng alanadək xəmiri əlimizlə qarışdırırq. İkinci xəmirə heç nə qatmırıq. Üçüncü xəmirə isə kakao tozu qatıb bir rəng alanadək əlimizlə qarışdırırıq. 5 dəqiqəlik xəmirləri dondurucuya qoyuruq.
 
Yaşıl xəmiri dördbucaqlı formada yayırıq.
 
Açıq rəngli xəmirimizi yayıb rulet formaslnda büküb, yaşıl xəmirin üzərinə qoyaq.
 
Yaşıl xəmiri üzərinə qoyduqdan sonra altdakı xəmiri çeviririk. Mətbəx sellofanına büküb 3 dəqiqəlik dondurucuya qoyuruq.
 
Kakaolu xəmirimizidə yaşıl xəmirimiz kimi dördbucaqlı şəkildə yayırıq.
 
Digər xəmirimizi rulet formasında olan kakaolu yaydığımız xəmirin üzərinə qoyub rulet formasında bükürük.
 
Xəmirinizin hamar olmasını istəyirsinizsə onu mətbəx sellofanına büküb yenidən 3 dəqiqəlik dondurucuya qoya bilərsiniz.
Daha sonra ruleti kiçik bıçaqla 3 sm-lik yumru-yumru kəsirik. Sobanın qabına folqa kağızı sərib onun üzərinə ruletləri düzürük və əlmizlə yavaşca basırıq.
 
Peçenyelərin yaşıl xəmirinin üzərinə dairəvi şəkildə xaşxaşı səpirik.
 
180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirilir.
 
Kivi peçenyelərimiz hazırdır.
 
Nuş olsun!

(Tərcümə olunub)

11 aprel 2014
GO BACK