Qadin.NET / "Bayquş" qurabiyəsi (foto resept)

"Bayquş" qurabiyəsi (foto resept)

Tərkibi:

250 q yumşalmış "Welington" kərə yağı

2 ədəd yumurta

1 st pudra şəkəri

1 st fındıq tozu

Aparana kimi un (təxminən 3 st)

Vanil

1 ədəd sürtkəcdən keçirilmiş muskat qozu

1 ç.q qabartma tozu

Üzəri üçün

Badam

Damla şokolad

Hazırlanması:

Ərzaqları əlavə edib xəmir yoğururuq, yarım saat dincəlməyə qoyuruq.

"Bayquş" qurabiyəsi (foto resept)
 
"Bayquş" qurabiyəsi (foto resept)

Sonra yayırıq, yumru fiqurla kəsirik.

"Bayquş" qurabiyəsi (foto resept)
 
"Bayquş" qurabiyəsi (foto resept)

Gözlərin düzəldməkdən ötrü balaca dairələr edirik və gözlərini qoyuruq, kəsilən yumru fiqurun üzərinə onun üzərindən də damla şokoladı qoyuruq, burnuna da badam qoyuruq.

Ayaqlarına çəngəllə forma veririk.

"Bayquş" qurabiyəsi (foto resept)
 
"Bayquş" qurabiyəsi (foto resept)

180 dərəcə qızdırılmış sobada üzəri çəhrayı olana kimi bişiririk.

"Bayquş" qurabiyəsi (foto resept)

Qurabiyəmiz hazırdır.

"Bayquş" qurabiyəsi (foto resept)

Nuş olsun!

10 aprel 2014
GO BACK