Qadin.NET / Şokoladlı peçenye (foto resept)

Şokoladlı peçenye (foto resept)

Tərkibi:
300 qram un
1 ədəd yumurta
250 qram şəkər tozu
150 qram"Best Cow" kərə yağı
200 qram tünd şokolad
1/2 çay qaşığı soda
1 çay qaşığı vanil
Hazırlanması:
Şəkər tozu və yağ qaba tökülüb 3 dəqiqə çalınır, sonra yumurta, vanil əlavə edilib yenidən çalınır.

Qarışığa un və soda əlavə edilib qaşıqla qarışdırılır. Daha sonra şokolad xırda-xırda doğranıb xəmirə qatılır.

Yaxşıca qarışdırılır.

Xəmir bir neçə saat soyuducuda saxlanılır. Soyuducudan çıxardıqdan sonra falqa kağızı sərilmiş listə xəmiri top şəklində yumrulayıb  aralarına xeyli məsafə qoya-qoya düzürük. Sobanı 180 dərəcəyə qoyub peçeneyeləri 20 dəqiqə bişiririk.

Şokoladlı peçenyelərimiz hazırdır.
Şokoladlı peçenye (foto resept)
Nuş olsun! nyam
(Tərcümə edilib)
14 mart 2016
GO BACK