Qadin.NET / "Kəpənək" qurabiyəsi (foto resept)

"Kəpənək" qurabiyəsi (foto resept)

Tərkibi:

250-300 q yumşalmış "Wellington" kərə yağı

3 yumurta (1-nin ağını götürürük)

1-2 x.q. bal

1.5-2 st pudra şəkəri

Vanil

1 x.q.hil

2 x.q. kakao

Apardığı qədər un

Üzəri üçün:

Yumurtanın ağı

 Hazırlanması:

Ərzaqları qarışdırırıq, 2 st un və qabartma tozunu töküb yenidən qarışdırırıq.

"Kəpənək" qurabiyəsi (foto resept)

Sonra xəmiri 2 hissəyə ayırırıq. Birinə kakao və un əlavə edib yoğururuq, o biri hissəsini sadəcə unla yoğururuq.

"Kəpənək" qurabiyəsi (foto resept)

Kakaolu və ağ xəmiri yayırıq, kakaolu xəmiri ağ xəmirin üzərindən qoyuruq, qıraqlarını kəsib səliqəyə salırıq.

"Kəpənək" qurabiyəsi (foto resept)
"Kəpənək" qurabiyəsi (foto resept)
"Kəpənək" qurabiyəsi (foto resept)

İki tərəfdən rulet kimi büküb kəsirik.

"Kəpənək" qurabiyəsi (foto resept)

Kəsdikdən sonra ikisini də yanaşı qoyub 1-2 barmaq qalınlığında kəsirik.

"Kəpənək" qurabiyəsi (foto resept)

Kəpənəyimizə forma vermək üçün kəpənəyin qıraqlarından əlimizlə içəri basırıq.

"Kəpənək" qurabiyəsi (foto resept)

10-15 dəqiqə soyuducuda qaldıqdan sonra üzərinə yumurta ağı vurub 160-170 dərəcəli sobada bişiririk.

"Kəpənək" qurabiyəsi (foto resept)
"Kəpənək" qurabiyəsi (foto resept)

"Kəpənək" qurabiyəmiz hazırdır.

"Kəpənək" qurabiyəsi (foto resept)

Qalan xəmirdən "Çay paketi" qurabiyəsi hazırlayırıq.

Xəmiri yayırıq, paket çayı xəmirin üzərinə qoyub kəsirik.

"Kəpənək" qurabiyəsi (foto resept)
"Kəpənək" qurabiyəsi (foto resept)
"Kəpənək" qurabiyəsi (foto resept)

Kəsdikdən sonra baş tərəfindən çöplə deşirik.

"Kəpənək" qurabiyəsi (foto resept)

Üzərinə yumurta ağı vurub 160 dərəcədə bişiririk.

"Kəpənək" qurabiyəsi (foto resept)
"Kəpənək" qurabiyəsi (foto resept)

Bişdikdən sonra çayın ipini qurabiyələrimizə taxırıq.

Qurabiyəmiz hazırdır.

"Kəpənək" qurabiyəsi (foto resept)

Nuş olsun!

21 fevral 2014
GO BACK