Qadin.NET / Qozlu qurabiyə(foto resept)

Qozlu qurabiyə(foto resept)

 Tərkibi:

1 paket marqarin

1 ədəd yumurta sarısı

1 ədəd yumurta

3 st. şəkər tozu

1/2 st. "Möcüzə" duru yağı

5 st. un

1 paket qabartma tozu,

1 paket vanil

4 x.q üyüdülmüş qoz

Üzəri üçün 1 yumurtanın ağı

Hazırlanması: 

Qozlu qurabiyə(foto resept)

 Marqarinin üzərinə yumurta, yumurta sarısı, duru yağ, şəkər tozu, qabartma tozu və vanil əlavə edib qarışdırın. Qarışımın üzərinə un əlavə edərək əllə yoğurun. (Qarışımı əl ilə yaxşı-yaxşı yoğurun.

Qozlu qurabiyə(foto resept)

Xəmiri kündə edin və xəmirdən 3-4 sm qalınlıqda 3 ədəd rulo edin, rulonu parçaya bölün.

Qozlu qurabiyə(foto resept)

Xəmirə əliniz ilə forma verin. Üyüdülmüş qozun üzərinə 1 qaşıq şəkər tozu qatıb qarışdırın. Forma verilən qurabiyələri əvvəl yumurta ağına, sonra qoz qarışımına sürtün. Listin içinə qurabiyələri 2 sm aralıqla düzün.

Qozlu qurabiyə(foto resept)

Nuş olsun!

1 sentyabr 2014
GO BACK