Qadin.NET / Şaftalı peçenyeləri(foto resept)

Şaftalı peçenyeləri(foto resept)

Şaftalı peçenyeləri(foto resept)


Tərkibi:

200 qr- yumşaq marqarin

 

3 ədəd- yumurta sarısı
1 st.- şəkər
200 qr xama
Vanil
1/2 ç.q.soda
3-3,5 st.- un


Hazırlanması:

Yumurta,marqarin,şəkər,un,soda,vanildən xəmir yoğrulur. Burda Sizə "Qoz" pecenyeləri üçün istifadə olunan formalar gərək olacaq,
amma bu dəfə bu formaların arxa tərəfini istifadə edəcəksiniz.

 

Şaftalı peçenyeləri(foto resept)


Yoğrulan xəmirdən 50-60 kiçik kündə hazırlanır və şəkildə göstərildiyi kimi formanın arxa tərəfi ilə şəkil verilir.

Şaftalı peçenyeləri(foto resept)


Bunlar şaftalıların yarım kəsilmiş halı olacaqdır.
Yarım şaftalı formalarını listə düzüb 220 dərəcədə 15-20 dəqiqə bişirin.

Şaftalı peçenyeləri(foto resept)


Bişdikdən sonra səliqə ilə formalardan ayırın.

Şaftalı peçenyeləri(foto resept)


Daha sonra yarım şaftalı peçenyelərini zövqə görə içini dolduraraq yapışdırın.
İstəyə görə pavidla qarışıq qoz və ya 3 yumurta ağı və 1 st.şəkərdən çırpılmış krem qoya bilərsiniz.

Şaftalı peçenyeləri(foto resept)


Sonda peçenyelərin kənarlarına bal sürtüb yapışdırın, şaftalı peçenyelərə gözəl görünüş vermək üçün onların bir tərəfini kök,
bir tərəfini də çuğundur sokuna bulayıb şəkərə batırın.Quruduqdan sonra kardon qutuya qoyub bir neçə saat soyuducuda saxlayın.

Şaftalı peçenyeləri(foto resept)

 

Şaftalı peçenyeləri(foto resept)


Nuş olsun! smile

20 may 2009
GO BACK