Qadin.NET / Şam ağacı pirojnası (foto resept)

Şam ağacı pirojnası (foto resept)

Tərkibi:

3 ədəd yumurta

100 qr şəkər tozu

75 qr üyüdülmüş badam

25 qr un

25 qr nişasta

Vanil

Bəzəmək üçün:

100 qr ağ şokolad

100 qr yaşıl fıstıq

Rəngli marmelad

Qarlı zirvə üçün:

3-4 x/q şəkər pudrası

1,5 ç/q limon suyu

Zövqə gorə istənilən resseptdən hazırlayıb bu görüntünü vermək olar.

Hazırlanması:

Yumurta ağı şəkər tozu ilə beze olana qədər çalınır. Yumurta sarısı bir-bir əlavə edilib çalınır.

Un, üyüdülmüş badam, nişasta qarışdırılır və çaldığımız kütləyə əlavə edilərək ehmalca qarışdırılır.

Kalka kağızından konus düzəldilir, qıraqları xüsusu sancaqla bərkidilib stəkana yerləşdirilir və hazırladığımız kütlədən konusun içinə ehmalca əlavə edirik.

180 dərəcədə hazır olana qədər sobada bişirilir. Hazır biskivitləri kalka kağızından ayırırıq və tərs qoyuruq .

Şokolad əridilir, yaşıl fıstık üyüdülür. Biskivitlərə əridilmiş  şokolad çəkilib üzərinə yaşıl fıstıq səpilir.

 

Üzərinə qırmızı və ya rəngli  marmelad xırda dığrayıb səpilir.

Şəkər pudrası limon suyu ilə çalınıb pirojnanın üzərinə gördüyünüz kimi əlavə edilir.

Şam ağacı pirojnamız hazırdır.

Nuş olsun!

                                                                                              (Tərcümə edilib)

22 dekabr 2013
GO BACK