Qadin.NET / Kəsmikli asan peçenye (foto resept)

Kəsmikli asan peçenye (foto resept)

Tərkibi:

250 qr yağsız kəsmik

1 ədəd yumurta

1 st pudra şəkəri

125 qr "Wellington" kərə yağı

1 paket vanil

1 paket qabartma tozu

Aldığı qədər un (təxminən 8-10 x.q. un)

Üzəri üçün:

Şəkər

1 ədəd yumurta sarısı

1 ç.q. "Zeytun Bağları" zeytun yağı

Hazırlanması:

Kəsmik, yumurta, pudra şəkəri və otaq hərarətində yumuşalmış "Wellington" kərə yağını yaxşı-yaxşı əlimizlə və ya çəngəllə qarışdırırıq. 

Kəsmikli asan peçenye (foto resept) 
Kəsmikli asan peçenye (foto resept) 
Kəsmikli asan peçenye (foto resept)

Daha sonra un, qabartma tozu və vanili əlavə edib yumşaq xəmir yoğururuq. 

Kəsmikli asan peçenye (foto resept)

Xəmiri 20 dəqiqə soyuducuya qoyuruq ki, özünü tutsun. Daha sonra qoz böyüklüyündə parçalar qoparıb əlimizlə yumrulayırıq və listə düzürük. Üzərinə zeytun yağı ilə qarışdırılmış yumurta sarısı çəkirik, sonra da üzərinə bir az şəkər səpirik. 

Kəsmikli asan peçenye (foto resept)

 Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişiririk.  

Kəsmikli asan peçenye (foto resept)

Və peçenyelərimiz hazırdır.

Nuş olsun! 

Kəsmikli asan peçenye (foto resept)

Kəsmikli asan peçenye (foto resept)
4 dekabr 2013
GO BACK