Tərkibi:
250-300 qr yumşalmış "Wellington" kərə yağı
1 st. pudra şəkəri
Aparana kimi un
2 ədəd yumurta
Vanil
Qabartma tozu
İçi üçün:
Şokolad yağı
Damla şokolad
Hazırlanması:
Ərzaqları qarışdırıb xəmir yoğururuq (xəmir yumşaq və ələ yapışmayan olmalıdır).
Sonra xəmirdən balaca kündələr edirik.
Əlimizlə xəmiri yayıb içinə şokolad yağı qoyuruq, xəmirin ağzını büküb yumurlayırıq, listə yığırıq.
Damla şokoladla edəcəyimiz qurabiyələrin üzərini damla şokolada batırırıq, listə yığırıq.
15-20 dəqiqə qurabiyələrimizi soyuducuda saxlayırıq.
Sonra 140 dərəcəlik sobada bişiririk.
Damla şokoladlı və şokolad yağlı qurabiyələrimiz hazırdır.
Nuş olsun.