Qadin.NET / Düymə və kibrit çöpü peçenyesi (foto resept)

Düymə və kibrit çöpü peçenyesi (foto resept)

Əziz xanımlarımız, bu gün sizlərə kibrit çöpü və düymə peçenyelərinin hazırlanma qaydasını izah edəcəyəm. Hər iki peçenye eyni reseptdən hazırlanır. Düymə peçenyesini hazırlayarkən zövqə uyğun kakao və istənilən rəngdə qida boyası götürülə bilər.

Tərkibi:

3 yumurta

160 q şəkər tozu

130 q "Möcüzə" paket yağı

0,5 soda

1 x/q mayonez

2,5-3 st un

Vanilin

Zövqə görə kakao və ya qida boyası

1 plitka şokolad

Hazırlanması:

Yumurta sarısı şəkər tozu ilə çalınır.

Düymə və kibrit çöpü peçenyesi (foto resept)

Üzərinə yumşalmış yağ əlavə edərək çalınır. Soda, mayonez, vanilin əlavə edilib çalınır.

Düymə və kibrit çöpü peçenyesi (foto resept)

Un əlavə edərək yumşaq xəmir hazırlanılır. Xəmirə kakao və ya qida boyası da əlavə edə bilərsiniz.

Xəmir çox yumşaq və kövrək olmalıdır. Hazır xəmir sellofona bükülüb 1 saat soyducuda saxlanılır.

Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə və kibrit çöpü peçenyesi (foto resept)

Xəmiri soyuducudan çıxarıb yayırıq və kiçik, yumru dairələr kəsib plastik butulka qapağı ilə forma əldə etmək üçün xəmirə batıraraq dairələr hazırlayırıq.

Düymə və kibrit çöpü peçenyesi (foto resept)

Düymələrə deşik açılır.

Düymə və kibrit çöpü peçenyesi (foto resept)

Gördüyünüz kimi düymə hazır oldu.

Düymə və kibrit çöpü peçenyesi (foto resept)

Zövqə görə xəmirə qida boyası və kakao qataraq istənilən rəngdə düymələr hazırlamaq və formalar vermək mümkündür.

Hazır düymələri kalka kağızı sərilmiş listə yığıb 160 dərəcəli sobada hazır olana qədər bişiririk.

Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Hazır peçenyeləri istəyə görə əridilmiş şokolada batırmaq olar.
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə peçenyelərimiz hazırdır.
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Kibrit çöpləri hazırlamaq üçün də eyni xəmirdən yayaraq nazik lentlər kəsib istəyə uyğun uzunluqda kəsirik.
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Eynən şəkildəki kimi.
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Kalka kağızı sərilmiş listə yığıb 160 dərəcədə hazır olana qədər sobada bişiririk.
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Hazır çöplərin bir ucunu istənilən rəngdə şokolad ərintisinə batırırıq.
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Gördüyünüz kimi istənilən rəngə batırılmış kibrit çöplərimiz hazırdır.
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Nuş olsun!
                                                                                                                                      (Tərcümə olunub)



31 iyul 2015
GO BACK