Tərkibi:
2,5 stəkan un
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı duz
1/5 çay qaşığı hil (toz halında)
115 qr. "Wellington" kərə yağı
2 stəkan şəkər tozu
2 ədəd yumurta
425 qr. kəsmik
1 ədəd limonun suyu
1 ədəd limonun rəndələnmiş qabığı
Hazırlanması:
İri bir qabda kərə yağı və şəkər tozunu mikserlə ağaranadək çalın.
Bir-bir yumurtaları əlavə edərək, çalmağa davam edin.
Kəsmiyi, limon suyunu və limon qabığını əlavə edib, mikserlə qarışanadək çalın.
Bir qabda unu, qabartma tozunu, duzu və hili qarışdırın.
Unlu qarışığı kəsmikli qarışığa əlavə edib, bütün ərzaqlar qarışanadək bir az çalın.
Alınan kütlə qatı olacaq. Aşağıdakı şəkildə gördüyünüz kimi.
2 ədəd soba listinin dibinə kalka kağızı sərin. Xəmirdən hər dəfə 2 xörək qaşığı qədər götürüb listə bir birindən 5 sm aralı dairələr şəklində qoyun. Xəmiri yaymayın! Sadəcə olaraq hər qurabiyə üçün 2 qaşıq dolu xəmiri bir-birinin üstünə qoyun.
Sobanı əvvalcədən 190 dərəcə qızdırın. Qurabiyələri sobanın orta rəfində 15 dəqiqə ərzində, və yaxud kənarları bir az qızarana qədər bişirin. Hazır qurabiyələrin üstü ağ qalmalıdır. Listləri sobadan çıxardıqdan sonra qoyun qurabiyələr listdə 20 dəqiqə ərzində soyusun. Soyuduqdan sonra listdən çıxardın.
Üzərinə pudra şəkəri səpib, süfrəyə verə bilərsiniz. Nuş olsun!
Qeyd: Bu qurabiyələrin özəlliyi ətirli və turşməzə olmasındadır. Turşməzə istəməsəniz, limon suyunu azalda bilərsiniz.