Tərkibi:
1 stəkan "Bizim Tarla" xiyar turşusunun və ya "Bizim Tarla" qırmızı pomidor turşusunun suyu
1 balaca stəkan şəkər
1/3 stəkan duru yağ
1 çay qaşığı soda
3-5 stəkan un
Hazırlanması:
Dərin qabda qarışdırırıq - turşunun suyu, şəkər, yağ, 2 stəkan un əlavə edilir və soda qarışdırılır. Sonra tədricən lazımi qədər un əlavə edilir ta ki, xəmir plastilin kimi olana qədər.
Sonra xəmir açılır və formalarla düzəldilir. Belə halda peçenyelər alınacaq.
Ya da yumru-yumru formalarla düzəldilir. Belə halda isə pryanniklər alınacaq.
Tavaya ya xüsusi kağız üzərinə qoymaq olar, ya da tavaya un səpib üzərinə pryannik,peçenyeləri qoymaq olar. 180-200 dərəcədə üzəri tam qızılı rəngli qızarana kimi bişirilik. Ətri çox gözəl olur, dadı da turş tam ilə şirin qarışıq ləzzətli olur.
Nuş olsun!