Tərkibi:
45 qr badam unu
75 qr şəkər pudrası
10-20 qr şəkər tozu
1-2 ədəd yumurta ağı
İstənilən qida boyası
Krem:
İstənilən krem götürülə bilər
və ya
Qaynadılmış qatılaşdırılmış süd
Hazırlanması:
Əvvəlcə badam unu haqqında sizə məlumat verim. Badam unu (və ya tozu) satışda olur. Əgər satışda tapa bilməsəniz, ev şəraitində hazırlanma qaydasını izah etmək istəyirəm. Əvvəlcə badam ləpəsi qaynar suda isladılır, sonra üz qabığı soyulur.Təmiz badam ləpəsini sobada yandırmadan az istilik dərəcəsində quruduruq. Qurudulmuş badam soyudulur ( çox soyuq olmalıdır ki, üyüdərkən yağı çıxmasın dondurucuda da saxlamaq olar ) və qəhvəüyüdən maşından un alınana qədər keçirilir.
Təxminən badam unu bu qədər olmalıdır.
Badam unu və şəkər kirşanı ələkdən keçirilir.
Yumurta ağı otaq tempraturunda olmalıdır.
Yumurta ağı çalınır və şəkər tozu əlavə edilərək beze olana qədər çalırıq.
Qida boyası əlavə edilib çalınır (qida boyası mütləq deyil, əgər rəngli etmək istəyirsizsə, istifadə edə bilərsiniz).
Ələnmiş qarışığdan əlavə etdikcə yaxşıca qarışdırırıq.
Hazır məmulatı mətbəx şprisinə və ya sellofana əlavə edib ucunu azca kəsirik. Listə kağız sərib gördüyünüz kimi kiçik dairə şəklində yerləşdiririk.
Listi yavaşca silkələyirik ki, üzəri hamar olsun və 20 və ya 30 dəq saxlayırıq ki, üzəri qurusun, yəni barmaqla toxunanda barmağa yapışmasın.
140-160 dərəcədə hazır olana qədər sobaya qoyulur.
Sobadan çıxarıb kağızdan qoparılır.
İstənilən krem çəkib bir-birinə birləşdirilir.
Fransız mətbəxindən hazırladığımız Macarons hazırdır.
Rəngsiz hazırlanan Macarons:
Nuş olsun!
Əziz xanımlarımız videogörüntü olaraqda sizlərə təqdim edirəm. Buyurun izləyin.
(Tərcümə edilib)