Qadin.NET / "Profitroli" (foto resept)

"Profitroli" (foto resept)

Tərkibi:
200 qr Wellington kərə yağı
Qatılaşdırılmış süd - 1 banka
5 ədəd yumurta
200-300 qr un
350 ml su
 100 qr kokos
0,3 çay qaşığı qabartma tozu

Hazırlanması:
Əvvəlcə qazanda suyu isidirik, bura yağı da əlavə edirik.
"Profitroli" (foto resept)
Yağ əriyib suya qarışıb qaynayanda bura unu əlavə edirik.
"Profitroli" (foto resept)
Unu az-az əlavə edirik və qarışdırırıq ki, düyünlər qalmasın.
"Profitroli" (foto resept)
Çox yumşaq bir xəmir alınır.
"Profitroli" (foto resept)
Xəmiri bir az  soyumağa qoyuruq  və soyuyandan sonra bura bir-bir yumurtaları əlavə edirik və  qarıqdırırıq.
Alınan xəmiri ya qaşıqla, ya da forma ilə listə qoyuruq.
"Profitroli" (foto resept)
Listin içərisinə su səpmək lazımdır.
"Profitroli" (foto resept)
Sobada əvvəlcə 180 dərəcədə bişiririk, xəmir şişdikdən sonra isə 200 dərəcədə bişirib götürürük.
"Profitroli" (foto resept)
İstəsəniz hazır pirojnaların içərisinə kəsmikli, ya da yağlı krem qoya bilərsiniz.
"Profitroli" (foto resept)
Qaynadılmış  südü hazır məmulatların üzərinə çəkirik (bunu içlik kimi də istifadə edə bilərsiniz).
"Profitroli" (foto resept)
Sonra üzərinə  sürtkəcdən keçirilmiş kokos səpirik.
"Profitroli" (foto resept)
"Profitroli" (foto resept)
Pirojnalarımız hazırdır.
Nuş olsun xanımlar.
28 oktyabr 2013
GO BACK