Əziz xanımlar, bu peçenye üçün çox az ərzaq sərf olunur, hazırlanıb bişirilməsi isə çox asandır. Hazırladığımı sizlərlə bölüşmək istədim.
Lazım olan ərzaqlar:
500 qr kəsmik
250 qr "Wellington" kərə yağı
1 st un
1 st şəkər tozu
Hazırlanması:
Kəsmik yağla qarışdırılır, sonra bura aparana qədər un əlavə edilib xəmir yoğrulur.
Xəmirdən kündə hazırlayıb yayırıq.
Nazik stəkanın ağzı ilə xəmiri kəsirik.
Bir boşqabda qoyulmuş şəkərə bir üzünü batırırıq.
Qatlayıb o biri tərəfini də şəkərə batırırıq və gül formasında qatlayırıq.
Hər qatladıqda şəkərə batırırıq və listə düzüb 180 dərəcədə 30-40 dəqiqə bişiririk.
Buyurun, kəsmikli güllərimiz hazırdır, nuş olsun.