Qadin.NET / Portağal görünüşlü peçenye (foto resept)

Portağal görünüşlü peçenye (foto resept)

Tərkibi:

Xəmir 1:

230 qr un

50 "Best Cow" kərə yağı

130 ml su

İstənilən qida boyası

Xəmir 2:

150 qr un

150 qr "Best Cow" kərə yağı

İçlik:

150-200 qr qoz ləpəsi

3 x/q şəkər tozu

3 x/q şəkər pudrası

1 ədəd yumurtanın ağı

0,5 ç.q darçın

Hazırlanması:

Öncə birinci xəmiri hazırlayırıq. Un, yağ, su əlavə edib xəmiri hazırlayırıq.

Üzərinə sellofan çəkib 20 dəqiqə gözləyirik.

İkinci xəmiri hazırlayırıq. Un və yağ yaxşıca qarışdırıb xəmir hazırlanır.

 

 

Birinci xəmiri 20 dəqiqə sonra iki hissəyə ayırırıq. Xəmirin birinə rəng qatıb yoğururuq və top şəklində edirik.

Ağ və rəngli xəmiri eyni ölçüdə, eyni sayda kiçik hissələrə ayırırıq.

İkinci xəmiri də birinci xəmirin sayına görə kiçik hissələrə ayırırıq.

Birinci xəmirin ağ və rəngli topları dairə şəklində yayıb, ortasına ikinci xəmirdən olan topu qoyub bükürük.

 

Oval şəklində yayırıq.

Rulet şəklində burub üzərinə sellefon çəkib dondurucuda 20-30 dəqiqə saxlayırıq.

20 dəqiqə sonra dondurucudan götürüb, yenidən yayıb rulet kimi burub, 20-30 dəqiqə ərzində dondurucuya qoyuruq.

 

İçliyi hazırlamaq üçün, qozu blendirdən keçirib üzərinə yumurta ağı, şəkər tozu, şəkər pudrası və darçın əlavə edib yaxşı qarışdırırıq.

 

20 dəqiqə bitdikdən sonra hər iki rəngli xəmirləri dairə şəklində yayıb, üst-üstə yerləşdirib ortasına içlikdən qoyuruq.

(istəyə görə rəngli üzərinə ağ və ya ağ üzərinə rəngli qoyula bilər)

Gördüyünüz kimi top formasında bükürük.

Çox iti bıçaqla gördüyünüz kimi kəsilir.

Listə kağız sərib üzərinə toplar yığılır. 160-180 dərəcədə 25-30 dəqiqə ərzində sobada bişirilir.

Peçeniyemiz hazırdır.

Nuş olsun!

                                                                                                             ( tərcümə edilib )

30 mart 2016
GO BACK