Tərkibi:
Yumurta - 3 ədəd
Şəkər tozu - 200 qr
Marqarin - 200 qr
Mayonez - 100 qr
Un - 600 qr (az olsa əlavə edə bilərsiniz)
Soda - 0.5 ç.q
Qlazur üçün:
Şəkər kirşanı - 50 qr
1 ədəd yumurtanın ağı
Hazırlanması:
Əvvəlcə yumşaldılmış yağın üzərinə şəkər tozunu əlavə edirik.
Və bu ərzaqları yaxşıca qarışdırırq. Daha sonra üzərinə 2ədəd yumurta və mayonezi əlavə edib yenidən qarışdırmağa davam edirik.
Daha sonra içərisinə sodanı, ələnmiş unu tədricən əlavə edərək yumşaq xəmir yoğururuq.
Xəmirimiz hazırdır.
Ondan sonra xəmiri 2 və ya 3 hissəyə ayırırıq ki, yaymaq asan olsun. Xəmiri təxminən 1 sm qalınlığında yayırıq və fiqurlarla xəmirimizə forma verməyə başlayırıq.
Əvvəlcədən qızdırılmış sobanın qabını azca yağlayıb peçenyelərimizi sobanın qabına yerləşdirirk
Sonra isə sobanın qabına düzdüyümüz peçenyelərin üzərinə qlazuru hazırlayıb çəkirik. Bunun üçün 1 ədəd yumurtanın ağını az ağaranadək çalın və şəkər tozunuı əlavə edib qarışdırın. Bu qarışımı peçenyelərin üzərinə çəkirik, və əvvəlcədən qızdırılmış sobada 170 dərəcədə 15 -20 dəqiqə bişiririk
Və bizim dadlı peçenyelərimiz artıq hazırdır. Mən bəzilərini əlavə şokoladlı qlazur hazırlayıb ona batırdım, bəzilərini isə şəkər kirşanı ilə bəzədim.
Nuş olsun.