Tərkibi:
250 qram "Wellington" kərə yağı
1 stəkan şəkər tozu
1 ədəd yumurtanın ağı
1 paçka vanil
4 stəkan un
Hazırlanması:
Əvvəlcə yağı əlimizlə əzib yumşaldırıq, daha sonra şəkər tozunu töküb mikserlə, yaxud da əl ilə yaxşıca qarışdırırıq.
Daha sonra üzərinə vanil, yumurtanın ağı və unu əlavə edib yaxşıca qarışdırırıq.
Belə xəmir alınır.
Daha sonra soba üçün olan qabın içinə list üçün kağız qoyuruq, yağlamağa ehtiyac yoxdur.
Sonra xəmirdən az-az əlimizin ortasına götürüb, taya səklində düzəldirik və yumurtanın sarısını kibrit çöpüylə üzərinə sürtürük. Və sobaya qoyuruq, ancaq xanımlar alta qoyarkən üstü yandırırsız, üstü qoyarkən isə altı yandırısız. Belə vəziyyətdə yaxşı bişir.
Budur taya hazırdır. Bunu ən çox Qəbələdə hazırlayırlar. Mən də bir qəbələli kimi hazırladım sizlər üçün.
Nuş olsun!