Qadin.NET / Çöplü peçenye (foto resept)

Çöplü peçenye (foto resept)

Tərkibi:

250 qr un

100 ml süd

2 ədəd yumurta sarısı

1 ç.q  quru maya

Bir çimdik duz

İçlik:

İstənilən içlikdən istifadə etmək olar

 Üzəri üçün:

1 ədəd yumurta

Hazırlanması:

Əvvəlcə maya hazırlanılır: 1ç.q şəkər tozu, 1 ç.q maya, 1 x.q un əlavə edilib qarışdırılır. Üzərinə 2-3 x.q su əlavə edib qarışdırılır, isti yerə qoyulur. Yumurta sarısı şəkər tozu ilə çalınır.

Çalınmış yumurtaya un, hazır maya, duz əlavə edilib xəmir hazırlanılır. Un lazım olarsa, əlavə etmək olar.
Hazır xəmir mayalanmağa qoyulur.
Hazır xəmirdən kiçik dairələr yayılır.
Ortasına istənilən içlik və çöp qoyulur.
İçliyin üzərinə kəsilmiş dairədən qoyulub qiş çöpü ilə qıraqları sıx-sıx bərkidilir. Hazır peçenyelər kağız sərilmiş listə qoyulub üzərinə yumurta çəkilir.
200 dərəcədə hazır olana qədər bişirilir. Peçenyelərimiz hazırdır.
Nuş olsun!
                                                                                                                    (Tərcümə edilib)
3 yanvar 2014
GO BACK