Qadin.NET / Günəbaxan tumlu peçenye (foto resept)

Günəbaxan tumlu peçenye (foto resept)

Tərkibi:

  150 qr "Wellington" kərə yağı
  150 qr şəkər tozu 
  2 ədəd yumurta 
  200 qr kəsmik 
  1 ç.q soda 
  200-250 qr un 
  50 qr günəbaxan tumu

Hazırlanması:

Əvvəlcə yağla şəkər tozu qarışdırılır.

sonra yumurtanı çalıb əlavə edirik.

Üzərinə kəsmik də əlavə edirik.

Sonda un və sodanı töküb yaxşıca qarışdırırıq. Xəmirdən yumurta boyda kündələr hazirlayiriq. Bişirəcəyimiz sobanin tavasına yağlı kağız sərib kündələri yığırıq.

Üzərinə günəbaxan tumu səpirik. 
Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 25-30 dəqiqə bişirilir.
                        Nuş olsun.                                  
(Tərcümə edilib)
26 iyul 2013
GO BACK