Qadin.NET / "Gəlin və bəy boxçası" qurabiyəsi (foto resept)

"Gəlin və bəy boxçası" qurabiyəsi (foto resept)

Tərkibi:

250 q "Best Cow" kərə yağı (yumşalmış)

1 ədəd yumurta

1 armudu st. şəkər pudrası

1.5 st un

1 paket qabartma tozu

1 paket vanil

Aparana qədər nişasta (qarğıdalı və ya buğda nişastası)

Kakao və qırmızı rəng 

Içi üçün:

2 st. qoz (üyüdülmüş)

 3-4 x.q. bal 

Üzəri üçün:

Muncuq 

Hazırlanması:

Əvvəla yağı, yumurtanı, şəkər pudrasını qarışdırın, sonra un, qabartma tozu və vanili əlavə edərək aparana qədər nişasta qatıb xəmiri yoğurun.



 Xəmirdən bir az götürüb 2 yerə bölün, yarısına kakao, yarısına qırmızı rəng vurun.

 Içini hazırlamaq üçün balla qozu qarışdırın.

Xəmiri balaca kündələrə bölün. Xəmiri əlinizlə açın, sonra içinə içlikdən qoyub baş tərəfini büzün.



 

Gəlin boxçası üçün qırmızı, bəy boxçası üçün kakaolu xəmirdən bant düzəldin, sonra hər bantın üzərinə 1 ədəd muncuq qoyun və listə yığın.


 Və 170 dərəcəlik sobada bişirin.

 "Gəlin və bəy boxçası" qurabiyəsi hazırdır. love

 Nuş olsun!

14 mart 2016
GO BACK