Tərkibi:
500 q un
100 q "Wellington" kərə yağı
100 q şəkər tozu
150 ml süd
2 ədəd yumurtanın sarısı
1 ç.q qabartma tozu
Vanil
Limon qabığı
İçlik üçün:
2 ədəd yumurtanın ağı
130-150 q şəkər tozu
200 q qoz ləpəsi
Vanil
Limon qabığı
Bəzəmək üçün:
200 ml süd
Sarı və yaşıl rəngli qida boyası
Şəkər tozu
Hazırlanması:
Şəkər tozu, yağ, yumurta sarısı çalınır, üzərinə sürtkəcin xırda gözündən keçirilmiş limon qabığı, qabartma tozu, vanil, süd, un əlavə edilib xəmir hazırlanır. Hazır xəmir 1 saat soyuducuda saxlanır.
Xəmir soyuducudan çıxarılır, hissələrə ayrılır və yayılıb kiçik dairə şəklində kəsilir.
Üyüdülmüş qoz, yumurta ağı, şəkər tozu, sürtkəcin xırda gözündən keçirilmiş limon, vanil yaxşı qarışdırılır
(içlik duru olarsa, suxari əlavə etmək olar). Hazır içlikdən kəsilmiş dairələrin ortasına qoyulur.
Qatlanaraq limon forması verilir.
Hazır peçenyelər soyudulur.
Ayrı-ayrı boşqaba süd əlavə edilir, birinə yaşıl, digərinə sarı rəng əlavə edilib qarışdırılır, limonlar əvvəlcə sarı, sonra uc hissələri yaşıl rəngə batırılıb rənglənir və şəkər tozuna o üz-bu üz batırılır.
Limon peçenyelərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)