Tərkibi:
5 yemək qaşığı pudra şəkəri
1 paket otaq istiliyində marqarin
2 yumurta
1 paket qabartma tozu
1x.q classic nescafe
0.5 stekan qoz-findiq
Lazımı qədər un (təqribən 15-16 x.q)
Hazırlanması:
Pudra şəkəri, qabartma tozu, yağ, nescafe və 2 yumurta sarısı əlavə edilib qarışdırılır.
(istəyə görə içərisinə qovrulmuş fındıq da əlavə edə bilərsiniz)
Aparan qədər un əlavə olunur, yumşaq xəmir yoğrulur.
Xəmirdən qoz ölçüsündə kundələr hazırlanır, uzərinə yumurta ağı çəkilir və qovrulmuş fındıq və ya qoz əlavə edilərək yağlanmış listə düzülür. 180dərəcəlik qızğın sobada 15-20 dəqiqə bişirilir.
Peçenyalarımız hazırdır!
Nuş olsun!