Tərkibi:
Xəmir üçün:
Un
2 ədəd yumurta
200 qram əridilmiş yağ
1 stəkan süd
50 qram şəkər tozu
0,5 çay qaşığı maya
0,5 çay qaşıgı "Azərduz" yodlu narın xörək duzu
İçlik üçün:
1 stəkan çəkilmiş qoz
Yarım stəkan şəkər tozu
(İçliyi zövqünüzə görə nəylə istəsəniz əvəz edə bilərsiniz)
Hazırlanması:
Ərzaqları bir qaba töküb aldığı qədər un əlavə edib xəmir yoğururuq.Xəmiri 1 saata qədər büküb mayalanmağa qoyuruq. Daha sonra yumurtadan bir az böyük kündələrə ayırırıq.
![]()
Kündədən təxminən 25 sm diaqonallı yuxa yayıb onu "+" formasında bərabər hissələrə ayırırıq. Kəsdiyimiz yuxanı mərkəzdən qıraqlara doğru ehmalca büzürük.Bantik forması alınır.
![]()
![]()
![]()
Alınan bantiklərin bir ləçəyinə içlik töküb digər ləçəyi onun üstünə qatlayırıq.
![]()
![]()
Sonra yarpagın qıraqlarını içlik dagılmasın deyə şəkərburanın qırağı kimi bükürük.
![]()
Hazır olan peçenyelərin yarısının üzərinə yaşıl rəng,yarısına da sarı rəng çəkib 200 dərəcədə qızdırılmış sobada bişiririk.
![]()
Yarpaq peçenyelərimiz hazırdı.
Nuş olsun!