Tərkibi:
500 qr. kəsmik
400 qr. marqarin (digər yağlarla istədiyimiz kimi alınmaya bilər)
4-5 st. un
1 st. şəkər tozu
1 ədəd yumurta
Vanil
Qabartma tozu
"Azərduz" yodlu narın xörək duzu
Hazırlanması:
İlk öncə yağı və kəsmiyi yaxşıca çalırıq.
Daha sonra qarışığı, şəkər tozunu, qabartma tozunu və bir çimdik duzu una əlavə edib yoğururuq.
Yoğurduğumuz xəmiri açırıq və dairə formasında kəsirik.
Kənarda şəkər tozu və vaneli qarışdırırıq. Kəsdiyimiz dairənin içinə qoyub şəkildəki kimi bükürük. Üzərinə yumurta çəkib şəkər tozu səpirik.( Zövqə görə kakos və ya küncüt əlavə etmək olar).
180 dərəcəli sobada üstü qızarana kimi bişiririk.
Peçenyemiz hazırdır.
Nuş olsun!