Qadin.NET / Biskrem (foto-resept)

Biskrem (foto-resept)

Tərkibi:
2 stəkan nişasta
3 stəkan un
1 stəkan şəkər pudrası
250 qr yağ
2 ədəd yumurta 
1 paket qabartma tozu

İçlik üçün :
Pudinq şokoladı

Üzəri üçün :
100 qr şokolad

Hazırlanması:
Yumurtalar sındırılıb dərin bir qaba tökülür və qarışdırılır.
Sonra yağ otaq temperaturunda yumşaldılır. Asan yumşaltmaq üçün onu hissələrə bölürük.
Sonra yumşalmış yağı yumurtanın içinə töküb əlimizlə qarışdırırıq.
Daha sonra nişastanı əlavə edib qarışdırırıq.
Pudra şəkərini və qabartma tozunu əlavə edib bir daha qarışdırırıq.
Sonra  unu əlavə edirik.
 Çox da yumşaq olmayan xəmir yoğrulur.
Sonra xəmirdən qoz böyüklükdə kündələr qopardırıq.
Kündənin  içi quyu kimi açılır.
İçərisinə çay qaşığının yarısı qədər pudinq tökülür.
Pudinqin hazırlanması üçün  1 paket pudinqi qaba tökülür. Üzərinə 3 su stəkanı süd əlavə edilir və ocaqda dayanmadan qatılaşana qədər qarışdırılır.
Sonra ağzı bağlanır və yağlı kağızın üzərinə düzülür.
150-200 dərəcədə bişirilir. Sonra buxarda şokoladı əridib üzərini bəzəyirik.
 Nuş olsun!
21 fevral 2013
GO BACK