Qadin.NET / Yerkökülü peçenye (foto resept)

Yerkökülü peçenye (foto resept)



Tərkibi.

100 qr yağ,kərə və ya marqarin.

1 stəkan  şəkər tozu.

1 stəkan yerkökü.

2 stəkan un.

2 çay qaşığı kabartma tozu

 

Hazırlanması.

Yağla şəkər tozu çəngəlin köməkliyi ilə əzilir.


Yerkökü rəndənin xırda gözündən keçirilir.


Yerkökü yağla, şəkər tozuna əlavə edilib qarışdırılır.


Sonra kabartma tozu və un əlavə edilib yumuşaq xəmir əldə edilir.


Xəmirdən yumru kündələr düzəldib, listə yığılır,və öncədən isidilmiş 180 dərəcəlik peçdə 15-20 dəqiqə bişirilir.


Yerkökülü peçenyelərimiz hazırdır.

Nuş olsun!
9 sentyabr 2010
GO BACK