Qadin.NET / Kala (foto resept)

Kala (foto resept)


Tərkibi:

4 yumurta

1 stəkan un

1 stəkan şəkər tozu

Vanil

 

Hazırlanması:

4 ədəd yumurta mikserlə çalınır.

Sonra üzərinə 1 stəkan şəkər tozu əlavə edilir çalınır.



Sonra 1 stəkan un əlavə edilir və çalınır.

 

Alınan məhlul  belə olmalıdır.


Rəngli olmasını istəyirsinizsə rəngli boyalardan istifadə edə bilərsiniz.


İndi isə keçək bişirməyə.Listin içi yağlanır.Hazır məhluldan 1 xörək qaşığı götürüb listin içinə tökülür,və qaşığın köməkliyilə halqa şəklinə salınır.

 


Öncədən qızdırılmış peçdə 1-2 dəqiqə bişirilir.


İri bıçaqla listdən götürülür,və hər iki tərəfi bir birinə birləşdirilib kala forması verilir. Soyumağa qoymayın isti-isti bükmək lazımdı.


Kalamız hazırdır. Nuş olsun!!!

 

3 sentyabr 2010
GO BACK