
Tərkibi:
3 st. un
200 qr kərə və ya marqarin yağı ( yumşalmış )
200 qr xama
1 x.q.sirkə
Yarım ç.q.soda
İçi üçün:
Xurma
Kişmiş
Qoz
Üzərinə:
Pudra şəkəri
Hazırlanması:
Əvvəlcə unla yağı ovuruq


sonra xamanı qatırıq, 1 x.q.sirkəyə sodanı əlavə edib onu da əlavə edib xəmiri yoğururuq


və dincəlməyə qoyuruq
Qozu,kişmişi,xurmanı ət maşınında çəkirik
Xəmiri balaca-balaca kündələyirik



sonra bunları qarışdırırıq


yayıb arasına hazır içliydən qoyuruq


və bu formada bükürük



listə yığıb 170 dərəcəli sobada bişiririk

banan kurabiyə bişdikdən sonra üzərinə pudra şəkəri tökürük

kurabiyələrmiz hazırdır

nuş olsun!
( resept üçün Günel Əsədovaya təşəkkürmü bildirirəm )