Qadin.NET / Limonlu-ballı peçenye (foto-resept)

Limonlu-ballı peçenye (foto-resept)

Tərkibi:
- 1 stəkan un

- 1 dolu x.q. nişasta
- yarım stəkan şəkər tozu


- 150 q kərə yağı
- 2 yumurta


- 1 x.q. bal
- yarım stəkandan az süd
- 1 limonun sedrası

Limonlu-ballı peçenye (foto-resept)


Hazırlanması:
Yağ, bal, limon sedrası və şəkər tozu çalın.
Yumurta ilə süd qatıb yenə yaxşı çalın.


Unu nişasta ilə birlikdə ələyin, ballı qarışığa qatıb yaxşı qarışdırın.
Xəmiri qənnadı torbasına yığıb perqament döşənmiş siniyə 8 sm uzunluqda şəridlər sıxın.


180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
Hazır peçenyenin üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

8 dekabr 2020
GO BACK